Dövlət orqanlarında 155 vəzifə üzrə daxili müsahibə elan olundu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə
daxili müsahibə elanları verilib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə),
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə),
Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları
Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1
vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə
elanları verilib.

Vakant vəzifələr üzrə sənəd qəbulu 19 mart 2018-ci il tarixədək
davam edəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyi (10 vakant vəzifə) və Tarif
Şurasının Katibliyində (1 vakant vəzifə) olan vakant vəzifələr üzrə
elan edilmiş daxili müsahibələrə sənəd qəbulu yekunlaşıb və
müraciət etmiş dövlət qulluqçuları ilə müsahibələr yaxın günlərdə
keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp