Daha 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın
zamanı həlak olmuş 25 nəfərdən 16-sının meyiti bu gün səhər
saatlarında ailə üzvlərinə təhvil veriləcək.

“Report” xəbər verir ki, bu, Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomoiya Birliyində ölən şəxslərin ailə üzvləri ilə
birgə meyitlərə baxış zamanı mümkün olub. Aparılan ekspertiza
işləri zamanı həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

Dünən səhər 9:00-da hüquq-mühafizə orqanlarının apardığı müvafiq
ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına
veriləcək. Qeyd edək ki, ölənlərdən 9-nun meyitinin şəxsiyyəti
müəyyənləşdirilərək martın 3-də ailə üzvlərinə təhvil verilib.
Kimliyi bilinən 25 meyitin hələ ki, adı və soyadı açıqlanmır.

Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakı şəhərinin Xətai
rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin
birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin
canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım
xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları
cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti
Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55
nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin
Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı
25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin
Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin
təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik
şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp