Dənizkənarı Bulvarda parad – FOTOLAR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Yelkənli
İdman Federasiyası tərəfindən Dənizkənarı Bulvarda yelkənli
qayıqların paradı təşkil edilib. Parad şəhər sakinləri və qonaqlar
tərəfindən maraqla izlənilib.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd
olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər
Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının
qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib,
bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini
qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya
Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən
tərbiyəsinə diqqət daha da artırılıb. Ölkəmizdə idmanın
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl
şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə
hazırlanmasına göstərilən dövlət qayğısı qısa müddətdə müsbət
nəticəsini göstərib. Azərbaycanda idmanın inkişafını Olimpiya,
Paralimpiya Oyunlarında qazanılan medalların sayından da açıq
şəkildə görmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp