Dəm qazı daha bir ailənin sonuna çıxdı: 8 ölü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ukraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8
nəfər dəm qazından zəhərlənərək ölüb.

Publika.az xəbər verir ki, hadisə Berdiçev
şəhərində qeydə alınıb.

Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti
aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri
müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Sumqayıtda da bir ailənin 6 üzvü dəm
qazından boğularaq faciəli şəkildə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp