Çinli həmkarı İlham Əliyevə başsağlığı verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan
Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığı teleqramında deyilir:

“Hörmətli cənab Prezident.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və
insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən
sarsıtdı.

Çin hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan həlak
olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir,
xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı
Sizdən xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp