Çempionlar Liqası: PSJ “Real”ı dayandıra biləcəkmi?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi
çərçivəsində cavab qarşılaşmalarına start veriləcək.

Publika.az xəbər verir ki, artıq ilk iki 1/4
finalçının adına aydınlıq gələcək.

Təbii ki, bütün diqqətlər Parisdəki matça yönələcək. Erkən final
hesab edilən PSJ – “Real” mübarizəsində kimin yolunu davam
etdirəcəyinə aydınlıq gələcək. İspaniyada rəqibi üzərində 2 top
fərqi ilə qələbə qazanan ÇL-in son qalibi Fransaya üstün yollanıb.
Bu azmış kimi, PSJ-nin lideri Neymar da zədə ucbatından
qarşılaşmanı buraxacaq.

Günün digər oyunu elə də böyük önəm kəsb etmir. Səfərdə
“Porto”nun qapısından 5 cavabsız top keçirən “Liverpul” üçün doğma
azarkeşləri önündəki cavab görüşü formal xarakter daşıyacaq.

Çempionlar Liqası. 1/8 final, cavab
oyunları

6 mart

23:45. PSJ (Fransa) – “Real” (İspaniya)

Baş hakim: Feliks Brix (Almaniya)

Paris, “Park De Prens” stadionu

İlk oyun – 1:3

23:45. “Liverpul” (İngiltərə) – “Porto”
(Portuqaliya)

Baş hakim: Feliks Zvayer (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

İlk oyun – 5:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp