Cəlilabadda TÜKÜRPƏDƏN CİNAYƏT – Nişanlı gəncin meyiti meşədən tapıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Cəlilabad rayonunun Ləkin kəndi ərazisində meyiti
tapılan Musalı kənd sakini, 1997-ci il təvəllüdlü Nəsirov Siruz
İlham oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum
olub.

Publika.az xəbər verir ki, martın 2-i, axşam
saat 22:00 radələrində S.Nəsirov hələlik məlum olmayan səbəbdən
yaşadığı evi tərk edib. Həmin vaxtdan ailəsinin ondan hər hansı
məlumatı olmayıb və yaxınları bununla bağlı Cəlilabad Rayon Polis
Şöbəsinə müraciət ediblər.

Bu gün isə mərhumun yaşadığı kəndin qonşuluğunda olan Ləkin kənd
sakinləri mal-qara otaran zaman meşəlik ərazidə naməlum kişi meyiti
aşkar ediblər. Sakinlər dərhal bununla bağlı rayon polis şöbəsinə
məlumat veriblər. Hadisə ilə bağlı olaraq polis şöbəsinin və
Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb ediliblər. Meyit
ətraflı müayinə olunmaq üçün MəhkəməTibbi Ekspertiza və Pataloji
Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Onun hansı şəraitdə və necə öldürülməsi ilə bağlı məlumatlar
istintaq sirri olduğu üçün açıqlanmır. İlkin məlumata görə,
mərhumun meyiti 3 gün meşədə qalıb.

Qeyd edək ki, 21 yaşlı gənc nişanlı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp