Bu işçilərinin maaşları 10% artırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin
Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR
strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq
vəzifə maaşları 10% artırılıb.

Publika.az xəbər verir ki, bu barədə “Azneft”
İB məlumat yayıb.

“Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə
yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. 8 Mart –
Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 manat
məbləğində mükafat təyin olunub”, – deyə məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp