Bu gündən qeydiyyat başlayır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gündən aprelin 1-də keçiriləcək sınaq imtahanına
qeydiyyat başlayır.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən
məlumata görə, qeydiyyat martın 6-sı saat 10:00-dan martın 28-i
saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər
ekabinet.dim.gov.az saytındakı “Şəxsi
kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə
kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi
üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib
eservices.dim.gov.az/sinaq səhifəsində
YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan
keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə
kartı əldə edib hesablarının balansını artıra bilərlər.
İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq
imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp