Bu bölgənin sakinləri ölüm təhlükəsi ilə üz-üzədir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Şərqi Gutada insanlar aclıqdan ölmək təhlükəsi ilə
üz-üzədir.

Publika.az xəbər verir ki, bunu BMT Baş
Katibinin Humanitar işlər üzrə köməkçisi Mark Lovkok Doha Yüksək
Təhsil İndustriyası konfransında çıxışı zamanı deyib.

O, Əsəd rejiminin Şərqi Gutanı mühasirəyə alması səbəbiylə
xalqın belə bir təhlükə qarşısında olduğunu deyib: “Uzun illər
mühasirədə saxlanılan Şərqi Guta hava hücumları səbəbindən ən çox
təsir görən bölgələr sırasınadır”.

Yəməndəki insanlıq dramına da toxunan Lovkok, bu ölkədəki
humanitar böhranla mübarizə üçün hərbi əməliyyatların
dayandırılmasını və Hudeydə kimi Qırmızı dəniz limanlarına
əlçatanlığın vacib olduğunu vurğulayıb.

Müxaliflərin nəzarətində olan Şərqi Gutada 400 min nəfər 5 ildir
mühasirədə yaşayır. Astana razılaşmasında “Gərginliyi Azaltma
Bölgəsi” elan edilməsinə baxmayaraq, Əsəd rejimi ötən ilin aprel
ayından etibarən bölgədəki mühasirəni daha da artırıb, son aylarda
isə hücumlar şiddətlənib. Hadisələr nəticəsində çoxlu sayda uşaq və
körpə aclıq və dərman çatışmazlığına görə ölüb.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp