“Biz sizi unutmadıq – 6” – Bakıda analoqu olmayan AKSİYA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi
səhər saat 6:00-dan başlayaraq qarşıdan gələn “8 Mart” – Beynəlxalq
Qadınlar Günü münasibətilə Bakının müxtəlif yerlərində “Biz sizi
unutmadıq – 6” adlı aksiya keçirib.

Birlikdən Publika.az-a verilən məlumata görə,
aksiya çərçivəsində “Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı
küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan
qadınlarını təbrik ediblər. Aksiyanın əsas məqsədi “8 Mart” –
Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan,
paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar
anaları sevindirmək olub.

Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, artıq 6 ildir “8
Mart” bayramı öncəsi paytaxtda “Biz sizi unutmadıq” adlı aksiya
həyata keçirilir: “Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə
daha çox haqqı olan mübariz xanımlarımıza cəmiyyətin biganə
qalmadığını nümayiş etdiririk. Digər tərəfdən zəngin insanlarımıza
bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol olan analarımıza
öz qayğılarını əsirgəməsinlər. Çox qürurverici haldır ki, bu il
“Biz sizi unutmadıq – 6” adlı aksiyamıza dəstək olaraq onlarla
xeyirsevər gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşularaq
öz həmrəyliklərini bildiriblər”.

Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində
kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp