BDU Belarus universiteti ilə birlikdə mütəxəssis hazırlayacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Belarus Dövlət Pedaqoji Universitetinin rektoru,
professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı
Dövlət Universitetində olub.

Universitetin Mətbuat və İnformasiya şöbəsindən
Publika.az-a verilən məlumata görə, rektor Abel
Məhərrəmov ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən uğurlu
siyasətdən, o cümlədən bu ali təhsil ocağının beynəlxalq
əlaqələrindən bəhs edib.

Professor Aleksandr Juk 100 illiyini qeyd etməyə hazırlaşan Bakı
Dövlət Universitetinin fəaliyyətini yüksək dəyərləndirib,
ümumiyyətlə Azərbaycanda təhsil və tədris sahəsinin beynəlxalq
standartlara uyğun şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
Rektor universitetlərarası əməkdaşlıq əlaqələrinin önəmini xüsusi
vurğulayıb.

Görüşdə iki universitet arasında əməkdaşlıq müqaviləsi
imzalanıb. Müqavilədə tələbə, magistr və doktorantların, eləcə də
müəllimlərin mübadiləsi, elmi-pedaqoji kadrların və birgə yüksək
ixtisaslı mütəxəssislərin hazırlanması, konfrans, simpozium və
layihələrin həyata keçirilməsi məsələləri öz əksini tapıb.

Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev
muzeyi, Nano Araşdırmalar laboratoriyası və digər elmi-tədqiqat
laboratoriyalarına baxış keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp