“BakuBus” sürücüsünü təhqir etdi, üzünə tüpürdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda avtomobil sürücüsü “BakuBus”un sürücüsünü təhqir
edib.

“BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin
Publika.az-a verdiyi məlumata görə, hadisə
fevralın 28-də saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət
edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun
Neftçilər m/s dayanacağına daxil olarkən baş verib.

“Təqdim olunan görüntüdə 99- AL-789 dövlət qeydiyyat nişanlı
avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq,
avtobusun hərəkət zolağında öz avtomobilini saxlaması, avtobusun
dayanacağa daxil olmasına maneə yaratdığı və bununla bağlı
xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir
etdiyi əks olunur.

“BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar
dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə
bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq
sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin
qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol
verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük
təhlükələr və maneələr yaradır.

Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət
zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün
vəchlə öz hərəkətinə haqq qazandırmaqdan, yaşlı avtobus sürücüsünə
hədə-qorxu gəlməkdən çəkinmir.

Onu da qeyd edək ki, avtobusda olan onlarla sərnişinin gözü
önündə avtobus sürücüsünü təhqir edən, ona hədə-qorxu gələrək üzünə
tüpürən və beləliklə yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa
çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müracit olunub.
Hadisəyə hquqi quiymətin verilməsi və avtobusun normal fəaliyyətinə
maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun
şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər
həyata keçiriləcək”-deyə, M.Piriyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp