Bakıda yol qəzası tıxaca səbəb oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş
verib.

Hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə
qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində
sıxlıq yaranıb.

Şahidlərin sözlərinə görə, qəza VAZ 2107 markalı avtomobilin
sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə
toqquşması səbəbindən baş verib.

VAZ 2107 markalı avtomillə toqquşan nəqliyyat vasitəsi daha
sonra 94 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa dəyib.
Xətt üzrə daşıyıcının verdiyi məlumata görə, sərnişinlər arasında
xəsarət alan olmayıb. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp