Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Bakı şəhəri
ərazisində keçiriləcək bayram tədbirləri açıqlanıb. Mədəniyyət və
Turizm Nazirliyi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını
keçiriləcək tədbirə dəvət edib.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinə
istinadən Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində
keçiriləcək tədbirlər haqqında məlumatları təqdim edir:

Mart ayının 19-da Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq
şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində keçiriləcək
şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar,
zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq
teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif
ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz
bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə
şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi
yaşadacaq.

Ayın 20-26-ı ərəfəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
ərazisində Novruz Bayramı festivalı keçiriləcək. İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu ərazisində keçiriləcək festivalda
Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri
də iştirak edirlər. Festival çərçivəsində Qoşa Qala Qapısı
meydanında “Meydan Bazarı” təşkil olunur. Yerli və xarici ölkə
nümayəndələrinin iştirak etdiyi “Meydan Bazarı”nda hər bir ölkənin
mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət
məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx
nümunələri sərgilənir.

Novruz bayramı günü, yəni mart ayının 20-21-də isə “Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğu ərazisində daha bir Novruz Bayramı
festivalı keçiriləcək. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da
həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və
müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.

Nəhayət mart ayının 20-26-da Fəvvarələr Meydanında Novruz
Festivalı baş tutacaq. Novruz Festivalı çərçivəsində 7 gün ərzində
Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin
iştirakıyla Fəvvarələr Meydanında konsert proqramı təqdim ediləcək.
Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin
nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar,
akrobatlar, sehrbazlar çıxış edəcək.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp