Bakıda jurnalist xanımları sehrlədilər: “Tövrat”dan gələn qəribə sirr



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

– Neçə ildir xalça toxuyursunuz?

– Yarım əsrdən çoxdur.

– Bəs sayını xatırlayırsınız?

– Yox, qızım, bu günə qədər çox xalça toxumuşam. Sayını necə
yadıma salım?!

Zeynab Kazimova adlı şəxsin şəkli.

Şəkər xanım Xalça Muzeyinin ən qocaman sakinlərindəndir. Artıq
uzun müddətdir ki, nəfəs verdiyi xovlu və xovsuz xalçaları göz
nuruna və sevgisinə boyayır. Dediyinə görə, bu sənəti bacısına da
öyrədib, muzeydə də birgə çalışırlar.

Ümumiyyətlə, bu gün muzeyin hər güşəsi zəngin mənəvi irsimiz
sayılan sənət nümunələrimizlə yanaşı, bu canlı abidələrin
müəllifləri və Azərbaycan media orqanlarının xanım nümayəndələri
ilə bəzənib. 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə təşkil
edilən ilk mediaturun əsas məqsədi bir neçə saatlıq da olsa, xanım
jurnalistləri gündəlik qayğılardan uzaqlaşdırıb, həm özlərinə, həm
də övladlarına xoş dəqiqələr yaşatmaqdır.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin
Məlikova media qurumlarının xanımlarını qadınlar günü münasibəti
ilə təbrik edərək, xalçaların da əsas yaradıcılıarının zərif cinsin
nümayəndələri olduğunu dilə gətirdi. Tarixən beşiyindəki körpəsinə
oxuduğu laylasını, ailəsinə, ocağına bəslədiyi sonsuz sevgini
ilmələrə köçürdən Azərbaycan qadınının tükənməz gücündən bəhs
etdi.

Zeynab Kazimova adlı şəxsin şəkli.

Daha sonra muzeyin peşəkar bələdçiləri qonaqları eksponatlarla
tanış etdilər. Keşməkeşli tariximizin hər anını əks etdirən
xalçalarımız, zərgərlik və dulusçuluq nümunələri, milli geyimlər və
kəlağayıların keçdiyi inkişaf yolu barədə geniş məlumat
verdilər.

Qədim mədəni irsimiz olan xalçalarımız haqda tarixin atası
sayılan Herodotun əsərlərində də rast gəlindiyi bildirildi.
Xalçaların əcdadları olan həsirlər və çətənlərin nümunələri təqdim
olundu. İnsanlar hələ sapı əldə etməzdən öncə təbiətdə olan
bitkilərdən, əsasən də qamışlardan həsir və çətən toxuyarmışlar.
Zaman keçdikcə bu əşyaların naxışlarına saplar dolanaraq, daha da
təkmilləşdirilir. Ümumiyyətlə, həsirlər evi rütubətdən qoruduğu
üçün sonralar da xalçanın altına döşənərmiş.

Təbii rənglərin əldə olunduğu bitkilər əks edilmiş stenddə isə
boyaqlara geniş xarakteristika verilir. Qırmızı rəngi əldə etmək
üçün istifadə edilən nadir qırmız böcəyinin uzun müddət ölkəmizdə
qızıl qiymətinə olduğu vurğulandı.

Zeynab Kazimova adlı şəxsin şəkli.

Xalqımız ta qədimdən bəd nəzərin, pis gözün təsirinə inanıb,
bundan qorunmağın müxtəlif üsullarını gerçəkləşdirib. Məsələn,
qırmızı rəngin əsas funksiyası pis gözü qaytarmaq idi. Odur ki,
yeni ailə quran gəlinin başına qırmızı örtük salınardı. Həmçinin
qoç kəlləsi nəzərdən qoruduğu üçün xalça üzərində bu element təsvir
edilər, gəlinlərin cehizlərinə əlavə olunardı.

Şirvan xalçalarının əsas ornametlərindən olan şəddə -“sətrənc”,
yəni “şahmat” sözünün köküdür. Hətta Göyçə mahalında Novruzun
ilaxır çərşənbəsində xanımlar damalı şəddələri yerə sərər, üzərində
oturub, fal açar, niyyət tutardılar. Sonra isə bir həftə ərzində bu
şəddələri çəpərdən asardılar ki, ayı, ulduzları görüb, arzularını
dilə gətirsin və tezliklə çin olsun. Bu da əcdadlarımızın səma
cisimlərinə olan sitayişinin qalıqlarıdır. Hətta kəndlər
hündürlükdən qırmızıya boyanmış görünərdi.

Картинки по запросу şəddə

Eksponatlar arasında XIX əsrdə “Tövrat”a əsasında Qubada toxunan
xalça xüsusi diqqət çəkdi. Rəvayətə görə, günlərin bir günü İbrahim
peyğəmbər oğlu İsaqı evləndirmək qərarına gəlir. Nökərinə tapşırır
ki, İsaqa peyğəmbər ailəsinə layiq qız tapsın. Karvanla yola düşən
nökər ümidini tanrıya bağlayır. Yolda karvandakılar susayır və bir
gənc xanımdan su istəyirlər. Cəsarətli qız nəinki karvan üzvlərini,
hətta dəvələri də su ilə təmin edir. Nökər tanrının işarəsini
anlayır və qızın nəsilini araşdırmağa başlayır. Məlum olur ki,
Revekka adlı bu xanım elə peyğəmbərin öz qardaşı qızıdır. Revekka
ilə İsaqın ittifaqı isə ilk yəhudi ailəsi kimi tarixə düşür.

Muzeydə qorunan maraqlı nümunələr arasında xalqımızın əsrlər
boyu istifadə etdiyi əşyalara da rast gəlmək olar. Daraqqabı,
möhürqabı, hətta xüsusi naxışlı bığqoruyan parçalar bunun bariz
nümunəsidir. Azərbaycan kişisi tarix boyu saqqalını, bığını
namus-qeyrət simvolu kimi qəbul edib. Hətta bir kişi digərindən
borc alarkən, barmaq izi ilə yanaşı, bığından bir tük də qoparıb
verərmiş. Borcu geri qaytarmadığı təqdirdə bığından bir tük qarşı
tərəfdə qaldığı üçün rüsvay olarmış. Odur ki, dədə-babalarımız öz
bığlarına xüsusi qayğı ilə yanaşar, kişilik rəmszi sayılan bu
atributu xına və xüsusi yağlarla bəsləyib, bığqoruyan parça ilə
örtüb, yatarmışlar.

Xalçalar üzərində təsvir edilən bərabərtərəfli xaçlar qədim
türklərin uğur simvolu sayılar. Və hər bir tərəf bir fəsli ehtiva
edir. Xaç hərəkət edərkən isə çizdiyi dairə yer kürəsinin əksi
sayılır. Bu xaçlar bərabərtərəfli türk xaçları adlandırılır.

Zeynab Kazimova adlı şəxsin şəkli.

Analar dəyərli eksponatlar haqda maraqlı məlumatlardan
faydalandığı müddətdə azyaşlılar “uşaq muzeyi” bölməsində rəsm
çəkir, xalçalarla bağlı ornamentlərlə tanış olurdular. Bir sözlə,
mediatur çərçivəsində jurnalist xanımlar da, övladları da gözəl
zaman keçirdilər.

Zeynab Kazimova adlı şəxsin şəkli.

Tədbirin sonunda muzeyin mətbuat katibi Zeynəb Kazımova
xanımlara hədiyyələr təqdim edərək, bir daha muzey rəhbərliyi və
əməkdaşları adından təbriklərini çatdırdı.

Azərbaycanın ən sirli məkanı: Burada mənasını bilmədiyimiz minlərlə şifrə qorunur - FOTOREPORTAJ

Nənələrimizin barmaqlarından, göz nurlarından süzülüb gələn
xalçalarımız keçmişimizlə ünsiyyət qurmağın bir yoludur. Onların
hər bir ilməsində yatan işarələri çözərək, sanki dünənimizə səyahət
edirik. Butalardan tutmuş, həyat ağacına, müxtəlif heyvan
təsvirlərinə, xeyirlə şərin mübarizəsinədək hər bir xalça
vasitəsilə nənələrimizdən bizə miras qalan həyat hekayələrini
oxuyuruq sanki. Mənasını hələ də çözə bilmədiyimiz minlərlə naxış
və ornamentlər isə bizimlə danışacaqları günü gözləyirlər. Çünki
onların deyəcək çox sözləri var…

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp