Bakıda 81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Binəqədi rayonunda 81 yaşlı kişi 13 yaşlı
yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib.

Bakının Binəqədi rayonunda seksual təcavüz baş verib. Təcavüzü
törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə
13 yaşı var.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun
hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə
martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə
qəsəbəsi, Stroy Detal küçəsində yerləşən 52 saylı evin qarşısında
baş verib.

Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il
təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib.
Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət
Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi
başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma
aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp