“Azercell”-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan!



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom
bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni
kampaniyaya başlayır. İndi Şirkət 5GB internet paketini bütün
abunəçilərinə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün
abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, “4” rəqəmini 2525 qısa
nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi
nəzərdə tutulan 5GB internet ilə abunəçilər əsl 4G sürətini sınamaq
imkanı qazanacaqlar. Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com internet
səhifəsində əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, 4G xidmətindən istifadə edib yüksək
sürətli internetdən faydalanmaq üçün müştərinin 4G dəstəkli
telefonu, 4G xidmətini dəstəkləyən Sim Kartı və telefon ayarlarında
şəbəkə seçimi 4G olmalıdır. Əgər nömrədə 4G xidməti aktiv deyilsə,
abunəçilər Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G
şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edə
bilərlər.

Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim
edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil
internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı,
Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda
da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini
regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE
şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin
sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil
internetdən istifadə həcmi isə 50% çoxaldı.

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz
yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV,
videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat
istifadəni mümkün edir.
Azercell şirkəti abunəçilərinə yüksəksürətli mobil internetdən
yararlanması istiqamətində təşəbbüslərini davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp