Azərbaycanda seçkiləri müşahidə edəcək ATƏT missiyasının rəhbərinin adı məlum oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə müşahidə
missiyasının rəhbərinin adı açıqlanıb.

Qurumdan Publika.az-a verilən məlumata görə,
missiyaya xanım Koriyen Conker (Corien Jonker, Hollandiya) başçılıq
edəcək.

Məlumatda qeyd olunub ki, ATƏT DTİHB-nin uzunmüddətli müşahidə
missiyasının başlanılması ilə bağlı martın 9-da Bakıda mətbuat
konfransı keçiriləcək.

Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin
fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də
Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya
göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki
prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər),
eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp