Azərbaycan filmlərində rol alan məmurlar



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda çəkilən film və seriallarda bəzən
incəsənətdən uzaq simalara da rast gəlmək mümkündür.

Onlar arasında sonradan rəsmi qurumda işləyən, yaxud filmə
çəkilərkən dövlət qurumunda çalışan şəxslər də var.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə
köməkçisi Novruz Məmmədov “Fransız” filmində
epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını
canlandırıb.

Baş nazirin müavini Elçin Əfəndiyev “Dantenin
yubileyi” filmində tamaşaçı rolunu ifa edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad
Bülbüloğlu
“Qorxma, mən səninləyəm” filmində Teymur rolunu
oynayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif
Əli
“Tütək səsi” filmində Tapdıq, “Əgər bir yerdəyiksə”
filmində Məmməd, “Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda
çıxış edib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli “Biznesmen” filmində baş rolu
canlandırıb.

Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat
xidmətinin əməkdaşı Nadir Əzməmmədov “Sonuncu
fəsil” serialında Mamed obrazında, “Vicdan” haqqı” serialında Saleh
Rzayev obrazında və “Nəsimi”, “Qara Volqa”, “Asif, Vasif,
Ağasif”,”Od içində”, “Yaramaz” filmlərində çəkilib.

“Azərbaycanfilm” kinostudiyasnın rəhbəri Müşfiq
Hətəmov
“Küçələrə su səpmişəm” filmində kuryer obrazını
canlandırıb.

Dövlət işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın “Var olun,
qızlar..” filmində Murad, “Xatirələr sahili” filmində isə redaksiya
işçisi obrazını canlandırması maraqla qarşılanıb. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp