Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Milli Məclisin növbəti plenar iclası
başlayıb.

Publika.az bildirir ki, deputatlar Birləşmiş
Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron
kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq
haqqında qanun layihəsini müzakirə edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad
Səmədzadə deyib ki, müzakirə olunan konvensiya 2005-ci ildə qəbul
edilib. Onun sözlərinə görə, ölkəmiz bu konvensiyaya qoşulmaqla
elektron ticarətin tənzimlənməsi ilə bağlı dünya standartlarına
qoşulur: “Bundan başqa, elektron imzanın tanınması üçün də bu
konvensiya mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, ölkəmiz bu
konvensiyaya bəyanatla qoşulub”.

Deputat Aydın Mirzəzadə isə xatırladıb ki, Azərbaycan beynəlxalq
konvensiyalara Dağlıq Qarabağla bağlı xüsusi qeydlə qoşulur və bu
mühümdür:

“Biz bununla bir daha Dağlıq Qarabağ münaqişəsini beynəlxalq
aləmə təqdim edirik, habelə konvensiyanın müddəaları işğal edilən
ərazilərdə işləmir”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp