Atəşkəs 102 dəfə pozuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə
pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun
Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm və Qızılhacılı
kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız
yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı
Veysəlli, Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan,
Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri
atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp