“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN
xidmət” və “ASAN Kommunal” mərkəzlərində bir gün qeyri-iş günü
olacaq.

Bu barədə Publika.az-a Azərbaycan Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə
müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə
bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə
bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp