Ankaradan ABŞ-a SƏRT REAKSİYA: “Sərsəmləməyə davam edir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə
Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Rob Manningin PKK terror
təşkilatının liderini “general Mazlum” adlandırmasına sərt reaksiya
verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, nazirliyin sözçüsü Hami Aksoy Pentaqonun mətbuat
xidmətinin rəhbərinin sərsəmləməyə davam etdiyini açıqlayıb.

“ABŞ-dan gözləntilərimiz bəllidir. YPG-yə verdiyi silahları geri
alsın. Pentaqon sözçüsü son Afrin açıqlaması ilə sərsəmləməyə davam
edib”, – o deyib.

Xatırladaq ki, Manning PKK liderlərindən olan və “Mazlum Kobani”
adından da istifadə “Şahin Cilo” kod adlı Fərhad Abdi Şahini
“general Mazlum” adlandırıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp