Ağcabədidə zorla qaçırılan qız tapıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan
Sevinc Musayeva tapılıb.

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi
filialının direktoru Mətanət Fərzəlibəyova deyib.

Onun sözlərinə görə, qız hazırda anasının yanındadır: “Oğlan evi
Sevinc İsmayılovanı qaçırıb İsmayıllıda gizlətmişdilər. Qız deyir
ki, “gördüm məni ortaya çıxartmaq fikirləri yoxdur. Bilirdim ki,
valideyinlərim də narahatdır. Odur ki, bir çıxış yolu gəldi
beynimə. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis
şöbəsinə yazım ki, mən özüm istəyimlə gəlmişəm. Onlar da mənə
inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım: mən bu oğlanı
istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm.
Məni xilas edin, əgər məni onlara versəniz, özümü öldürəcəm,
dedim”. İndi qız valideyinlərinin yanındadır”.

Mətanət Fərzəlibəyova qeyd edib ki, Sevinc Musayevanın
səhhətində bəzi problemlər yaranıb: “Anası dedi ki, qız çox qorxub.
Bir ay ona icazə verin, özünə gəlsin. Qıza heç bir zor tətbiq
olunmayıb, hər şey qaydasındadır”.

Qeyd edək ki, bir müddət öncə Ağcabədi rayonunda 21 yaşlı tələbə
qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 oğlan
avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıblar.

21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.
(aznews.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp