ABŞ təyyarə gəmisi 200 hərbçisi və onlarla qırıcısı ilə birgə BATIRILDI – 76 il sonra…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

II Dünya Müharibəsində döyüşən, Amerika donanmasına aid
“USS Lexington” hərbi təyyarə gəmisi Avstraliya sularında
tapılıb.

Publika.az xəbər verir ki, 76 illik axtarışdan
sonra gəminin qalıqlarına Mərcan dənizinin 3 km dərinliyində rast
gəlinib.

ABŞ donanması gəminin “Microsoft” şirkətinin qurucularından olan
Paul Allenin başçılıq etdiyi ekipaj tərəfindən tapıldığını təsdiq
edib.

Aşkar edilən gəmidə 35 qırıcı təyyarə olub. Onlardan 11-i hələ
də həmin bölgədədir.

Qeyd edək ki, “USS Lexington” 4-8 may 1942-ci il tarixində baş
verən Mərcan müharibəsində yaponların bombardmanından sonra suya
qərq olub və 200-dən çox əsgərin məzarına çevrilib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp