ABŞ İranı HƏDƏLƏDİ: “Əgər ən yaxın aylarda…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Vaşinqton Tehran tərəfindən nüvə silahının yaradılmasına
imkan verməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens
bildirib.

Onun sözlərinə görə, İran ballistik raketləri hazırlamaqda davam
edir, həmçinin terror təşkilatlarını dəstəkləyir. Pens qeyd edib
ki, Amerika lideri Donald Tramp nüvə sazişi ətrafında yaranan fikir
ayrılıqlarının nizama salması üçün Tehran barəsində təkrar
sanksiyalardan çəkinib. Vitse-prezident vurğulayıb ki, ABŞ
gələcəkdə belə yumşaq davranmaq niyyətində deyil.

“Səhv etməyin, bu, onların son şansıdır. Əgər İranla imzalanan
nüvə sazişi ən yaxın aylarda təkrar gözdən keçirilməsə, ABŞ dərhal
ondan çıxacaq”, – Pens deyib.

Qeyd edək ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər
(Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) arasında
İranın nüvə probleminin nizama salması haqqında razılaşma əldə
edilib. Qəbul edilmiş planın icrası BMT Təhlükəsizlik Şurası, ABŞ
və Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə
sanksiyalarının ləğvini nəzərdə tutur.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp