A seriyasının təxirə salınan oyunları nə vaxt keçiriləcək?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İtaliya A seriyasının XXVII turundan təxirə salınan
qarşılaşmaların keçiriləcəyi tarix müəyyənləşib.

Yerli futbol federasiyası oyunları gələn aya təyin edib.

Dünən keçirilməli olan 7 görüş “Fiorentina”nın kapitanı Davide
Astorinin ölümü səbəbindən təxirə salınmışdı. Beləliklə, “Cenoa” –
“Kalyari”, “Benevento” – “Verona”, “Kyevo” – “Sassuolo”, “Torino” –
“Krotone” və “Udineze” – “Fiorentina” oyunları aprelin 3-4-də,
“Atalanta” – “Sampdoriya” matçı isə 11-də baş tutacaq.

Yalnız “Milan”la “İnter” arasındakı qarşılaşmanın tarixi bəlli
deyil. “Rossonyerlər” həmin vaxta qədər Avropa Liqasında mübarizəni
davam etdirsələr, Milan derbisi başqa tarixdə oynanılacaq.
(Apasport.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp