“9-cu sinif şagirdinə 6 nəfər birdən təcavüz etdi”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Əsəd rejimi ilə idarə olunan həbsxanalarda yaşanan
vəhşiliyi danışan qadınlar dünya mediasının marağına səbəb olub.
Həbsxanada saxlanılan məktəbli qıza 6 nəfər birdən təcavüz
edib.

Publika.az xəbər verir ki, Suriyada Bəşər Əsəd
rejiminin həbsxanalarında qanunsuz olaraq saxlanılan, işgəncə görən
və təcavüzə məruz qalan qadınlar gördüklərini jurnalistlərə
danışıb. Rejimin nəzarətindəki həbsxanalarda qanunsuz şəkildə, heç
bir mühakimə olunmadan 7900 nəfər qadın saxlanılır.

Suriya İnsan Hüquqları Şəbəkəsinin yayımladığı məlumata görə,
qeydiyyat altına alınan həbsxanalarda döyüşən tərəflərə aid nəzarət
mərkəzlərində ən az 8633 nəfər qadın saxlanılır.

Məlumatlarda həmin həbsxanalarda Əsəd rejimi tərəfindən ən azı
864 qadın və yaşı 18-ə çatmamış ən azı 432 qız uşağına qarşı 7699
təcavüz faktının aşkarlandığı qeyd olunur. Ancaq bu rəqəmlər sadəcə
aysberqin görünən tərəfidir. Həqiqətdə isə həbsdə olan və təcavüzə
məruz qalan qadınların sayı daha çoxdur.

Həmin həbsxanalarda olan qadınlardan biri danışır ki, orada 9-cu
sinif şagirdinə hər kəsin gözü önündə 6 nəfər təcavüz edirdi:

“Mən Dəməşqin Şərq, Quta bölgəsində yaşayırdım. 2012-ci ildə
səhər saatlarında işə gedərkən məni Əsəd rejiminə xidmət edən
qüvvələr maşına mindirərək qaçırdıb. Hara aparıldığımı bilmədim,
sadəcə möhkəm döyürdülər. 3 dəfə məndən ifadə aldılar və sonra
başqa 7 qadın məhbusun da olduğu bir otağa qoydular. Orada məcbur
hicabımı açdılar. İçəridəki qadınların hər biri o qədər işgəncələrə
məruz qalmışdılar ki, hər şey üzlərindən oxunurdu. 9-ci sinifdə
oxuyan qıza 6 nəfər o qədər təcavüz etdi ki, qız huşunu itirdi.
Uşaq çox dindar bir ailəyə mənsub idi. Daha sonra onu bizim
yanımızdan götürüb başqa yerə apardılar. Sağ qalıb-qalmadığı haqda
heç bir məlumatımız yoxdur”.

Qadın deyir ki, aralarında ən yaşlı məhbusun 55 yaşı olub:

“Qadın hicabının çıxarılmasına etiraz etdiyi üçün ona hər kəsdən
artıq işgəncə verdilər. Daha sonra da mən hər kəsin gözü önündə
təcavüzə məruz qaldım. Bizi 5-6 gün sonra tək nəfərlik kameralara
saldılar. Təxminən 3 ay 10 günə yaxın bir çörək və bir qədər pendir
vermişdilər. Çörəyi xırda-xırda ovub yeyirdik ki, qurtarmasın.
Qadınların çoxu müxtəlif xəstəliklərə yoluxmuşdu. Sinir sistemimiz
pozulmuşdu. Hərdən bir nəzarətçilərdən biri gəlib bizi döyürdü.
Təxminən 30 yaşlarında bir qadın vardı, səbəbini bilmirəm, hamıdan
çox onu döyüb işgəncə edirdilər”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp