8 əsgərin şəhid olduğu döyüşdə türk ordusundan dünyanı silkələyəcək TARİXİ QƏHRƏMANLIQ: 500 terrorçu…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin 8 əsgərinin şəhid olduğu
Suriyanın Kəltəpə ərazisində mübarizə aparan bölmələrin komandiri
dünya savaş tarixinə girəcək bir uğura imza atıb.

Publika.az xəbər verir ki, hərəkat çərçivəsində
27 fevral tarixində yağışlı havanı fürsət bilən PKK terrorçuları
türk jandarm birliklərinə pusqu qurub. Yüzlərlə terrorçu türk
ordusu tərəfindən təsbit edilməmiş yeraltı tunellərdən əks hücuma
keçib.

Çiskinli və yağışlı hava şəraiti bölgədə mübarizə aparan
“mehmetçik” üçün silah-sursat göndərilməsini mümkünsüz hala
gətirib. Terrorçuların kəskin hücumuna məruz qalan 100 türk əsgəri
tarixi bir şücaət göstərərək mərkəzi qərargaha “komandir, bu son
sursatımızdır, şərəfsizlərin gülləsi ilə deyil, Hava Qüvvələrimizin
bombaları ilə şəhid olaq. Vurun bizi!” mesajı göndərib.

Bu çağırışdan sonra riskə girən F-16 qırıcıları türk
əsgərlərinin 100 metr yaxınlığında olan 500 nəfərlik terrorçu
qrupuna hücum edib. Lazerlərlə hədəfə alınan düşmən əsgərlər
qüsursuz şəkildə zərərsizləşdirilib. Türk əsgərləri isə heç bir
zərər görmədən mühasirədən qurtulub.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp