7 namizəd imza vərəqələrini MSK-ya təqdim edib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident
seçkiləri ilə bağlı 7 namizəd namizədliyinin qeydə alınması üçün
tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi
Seçki Komissiyasına (MSK) təqdim edib.

Bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar
Quliyev jurnalistlərə deyib.

O qeyd edib ki, martın 12-də saat 18:00-a qədər namizədlər
namizədliyin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri
sənədləri MSK-ya təqdim etməlidirlər.

E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki
sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu
proses davam edir: “Mərkəzi Seçki Komissiyası imzaların
yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə,
imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.

KİV nümayəndələri MSK-da prezidentliyə namizədlərin təqdim
etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar.
Bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri,
namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər.
(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp