6 tonluq peyk fəzaya buraxıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İlon Maska məxsus olan “SpaceX” şirkəti 6 ton çəkidə
peyki fəzaya buraxıb
.

Publika.az xəbər verir ki, İspaniyanın
“Hispasat 30W-6” rabitə peyki bu gün ABŞ-ın Kanaveral
kosmodromundan “Falcon 9” raket daşıyıcısı vasitəsilə
göndərilib.

Məlumatda qeyd olunub ki, bu gün buraxılan peyk əslində mart
ayının 4-ə nəzərdə tutulmuşdu. Texniki nasazlıq səbəbindən uçuş
təxirə salınmış və nəhayət bu gün fəzaya buraxılmışdır.

Xatırladaq ki, sözügedən “Hispasat 30W-6” rabitə peyki Şimali
Afrika, Şimali və Cənubi Amerika, həmçinin Afrika ölkələrinə
telekommunikasiya siqnalları ötürmək imkanına malikdir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp