350-dən çox namizəd seçdiyi vəzifəyə uyğun hesab edilmədi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yanvarın 11-də elan edilmiş dövlət qulluğuna qəbul üçün
müsabiqənin müsahibə mərhələsi üzrə statistik məlumatlar
açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən
məlumata görə, müsahibə mərhələsi üzrə indiyə qədər qeydiyyatdan
keçmiş namizədlərlə 574 müsahibə keçirilib. Müsahibələrdə iştirak
etmiş 206 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 363
namizəd isə vəzifə uyğun hesab edilməyib. 5 nəfərin nəticəsi
etibarsız hesab edilib. Qeydiyyatdan keçmiş namizədlərdən 355
nəfəri müsahibələrdə iştirak etməkdən imtina edib, 268 namizəd isə
müsahibələrdə iştirak etməyib.

Xatırladaq ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin
qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb.
Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və
daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta
hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları
tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Nəzərə almaq
lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir
və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu
bölgələrə ezam olunurlar.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə
tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan
ləğv edə bilərlər.Namizədlərlə müsahibələrin keçirilməsi martın
16-dək davam edəcək.

77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə
müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə
müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin
DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional
bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil
olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp