100 milyon manat BORC SİLİNİR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Məcburi dövlət sosial sığorta sahəsində borcların
tənzimlənməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən
373,7 sığorta edənin və 317 min sahibkarın borcları
silinir.

Publika.az xəbər verir ki, bu fikirləri
parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi
haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Millət vəkili bildirib ki, bu dəyişikliklə sahibkarların iş
şəraiti yaxşılaşdırılır:

“Bu ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir.
Sahibkarları gələcəkdə belə borclar yaratmamağa sövq edəcək. Bu
qanun əmək pensiyalarının vaxtında maliyyələşməsinə şərait
yaradacaq”.

H.Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, 2006-cı
ilə qədər olan sığorta borcları silinir: “Bu təxminən 100 milyon
manat təşkil edir. 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca
görə cərimələrin silinməsi isə təxminən 55 milyon manatdır. 2015-ci
il yanvarın birindən 2018-ci ilin aprelin birinədək olan borcların
məbləği 26.7 milyon manatdır”.

Deputat Əli Məsimli isə belə bir qanun layihəsinin hzırlanmasına
görə prezidentə təşəkkür edib. Deputat deyib ki, belə bir qanun
layihəsi dollar kreditləri ilə bağlı da verilə bilər: “Buna da
ciddi ehtiyac var. Bizə şikayət edən insanların 90 faizindən çoxu
dollarla krediti olan vətəndaşlarımızdır”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp