Ərdoğan İlham Əliyevə başsağlığı verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
telefonla zəng edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində
baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı
dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə
başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən
diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq
əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp