Yeni dərsliklər müzakirəyə çıxarıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018-2019-cu tədris ilinə ölkənin ümumi təhsil
məktəblərinin 11-ci sinifləri üçün nəzərdə tutulan və ilk dəfə
olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib
edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai
rəyin öyrənilməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən
məlumata görə,bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin
layihələri www.trims.edu.az saytının “İctimai müzakirə”
bölməsində yerləşdirilib. Yaxın zamanda bütün layihələrin sayta
yerləşdirilməsi nəzərdə tutulub.

Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş
istənilən dərslik və metodik vəsaitin layihəsinin məzmunu ilə tanış
olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq
mümkündür.

İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna
göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi alimləri, təhsil
işçilərini, valideynləri, ictimai birlikləri və digər bütün maraqlı
tərəfləri dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə
dair öz arzu, irad və təkliflərini bildirməklə ictimai rəyin
öyrənilməsində fəal iştiraka dəvət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp