Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ – AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına
ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında
dünyasını dəyişib.

Publika.az-a açıqlama verən Gülyanaq Məmmədova
bildirib ki, atasının 84 yaşı olsa da, heç bir xəstəliyi
olmayıb:

“Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində
vəfat edib. O, Şəkidə doğulub boya başa çatdığı doğma yurdunda dəfn
olunacaq. Bundan xəbərim yox idi, hazırda Azərbaycanda deyiləm,
xaricdə qastrol səfərdəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində
iştirak edə bilməyəcəm. Zəng edib baş sağlığı verən hər kəsə
təşəkkür edirəm”.

Xalq artisti atası haqqında təəssüratlarını bölüşüb:

“Çox yaxşı insan idi, heç kimin xətrinə dəyməzdi. Yeganə
təsəllim odur ki, atam çox gözəl və xoşbəxt ömür sürüb. Şükürlər
olsun ki, övlad dağı görməyib, uşaqların daim ətrafında olub,
qayğısına qalan həyatı yoldaşı olub”.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp