Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması xəbəri yalan və təxribatdır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada
yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarının təhqir
olunduğu iddia edilib.

Trend-in məlumatına görə, xəbərdə bildirilir ki, rayonda bir
qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir
şəkildə təhqir edib və prosesi çəkərək internetə yerləşdirib.
Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr
işlədilir, bunun V.İsgəndərlinin tənqidlərinə cavab olduğu
deyilir.

V.İsgəndərlinin qohumları isə yayılmış xəbərlərin yalan və
təxribat olduğu barədə açıqlama yayıblar. Mərhumun Göyçay rayonunun
Məlikkənd kəndində yaşayan yaxın qohumlarının yaydığı açıqlamada
qeyd olunub ki, sosial şəbəkələrdə bu barədə xəbərlərlə tanış
olduqdan dərhal sonra kəndin qəbiristanlığına gedib, 1991-ci ildə
dəfn olunmuş İsgəndər Qasım oğlu İsgəndərovun və digər qohumlarının
məzarlarını yoxlayıblar. Yoxlama nəticəsində məzarlara qarşı heç
bir vandalizm halı aşkarlanmayıb. Onlar yayılan xəbərləri təxribat
kimi qiymətləndirərək həm bu təxribatın təşkilatçılarını, həm də
bundan öz məqsədləri üçün istifadə edənləri belə qeyri-insani
addımlardan çəkinməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp