Valyuta satışı ilə bağlı STATİSTİKA açıqlandı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı
açıqlama yayıb.
Fondun mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin fevral ayı
ərzində 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin yanvar ayı ərzində
299,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.