“Unibank” 2020-ci ilədək Milli komandamıza dəstək verəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Unibank daha bir layihəyə imza atdı. Bank 2020-ci ilədək Güllə
atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq. 2020-ci
il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında Güllə atıcılığı
üzrə milli paralimpiya komandasının üzvlərinin də iştirakı nəzərdə
tutulur. Qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya
komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan
Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi
tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin
rəhbərliyi arasında müqavilə imzalanıb.

Unibank-ın bu addımı özəl şirkətlərin korporativ sosial
məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir
nümunədir. Bunu imzalanma mərasimində Milli Paralimpiya Komitəsinin
prezidenti İlqar Rəhimov bildirib: “Biz bu böyük dəstəyə görə
Unibank-a təşəkkür edirik. İnanırıq ki, bu əməkdaşlıq Güllə
atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara
imza atmasına imkan verəcək. Güllə atıcılığı üzrə milli paralimpiya
komandası bizim ən güclü komandalarımızdan biridir. Hətta ilk
paralimpiya medalını da bizə güllə atıcılarımız gətirib”.

Belə bir güclü komandanın oyunlarına dəstək vermək bizim üçün də
sevindiricidir deyən “Unibank” KB İdarə Heyətinin sədri Faiq
Hüseynov, bankın KSM layihələr üzrə uzun illərə dayanan bir
təcrübəsi olduğunu xatırladıb: “Unibank uzun illər futbolun
inkişafına dəstək olub, idman, mədəniyyət və digər sahələrdə
layihələrin iştirakçısı olmuşuq. Biz çox şadıq ki, belə mühüm bir
layihənin də rəsmi tərəfdaşı olduq. İnanırıq ki, qarşıdakı 3 ildə
Güllə atıcılığı üzrə milli paralimpiya komandamız bir çox
beynəlxalq yarışların qalibi olacaq və bank olaraq biz də onların
yanında olacağıq”.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baç məşqçisi
Əkbər Muradov da Unibank-ın bu qərarının bütün komanda üzvlərini
çox sevindirdiyini və onlarda böyük ruh yüksəkliyi yaratdığını
bildirib: “Bu dəstək komandamızın qələbə əzmini daha da artıracaq
və daha böyük nailiyyətlərə imza atacağıq. Komandamız adından bu
böyük dəstək üçün Unibank-a minnətdarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp