Türkiyə yerli istehsal olan “S-400”-ləri Afrinə göndərir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən
istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları
uğurla başa çatıb.

Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə
Səneysi Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə
Afrinə göndəriləcəyi bildirilib.

Rusiya istehsalı olan “S-400”lərlə eyni məntiqdə işləyən “Akkor
Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı tanklara
birləşdiriləcək.

Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin verdiyi açıqlamaya görə,
sistem tanklara qısa müddətdə uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu
anlamda dünyada ilk dəfə müharibə zonasında istifadə edilən aktiv
müdafiə sistemi olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri
Nurəddin Canikli hərbi fabriklərdə 5 km məsafədən nəzarət edilə
bilən sistem üzərində işlədiklərini açıqlamışdı.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp