“Terrorçuları bu torpaqlardan bir-bir təmizləyəcəyik”
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Zeytun Budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı
Qüvvələri Suriya sərhədləri daxilində yerləşən bütün əraziləri
terrorçulardan təmizləməyə hazırdır”.
Publika.az xəbər verir ki, bunu “Zeytun Budağı”
hərkətanının 45-ci günü ilə bağlı çıxış edən Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Münbiçi
terrorçulardan təmizləməyə hazırdır:
“Zeytun budağı” əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla
sərhədə qədər davam edəcək. Türkiyə Silahlı Qüvvələri bu gün
Afrindədir, sabah isə Münbiçdə olacaq. Terrorçuları bu torpaqlardan
bir-bir təmizləyəcəyik”.
Könül Cəfərli