Təhsil İdarəsindən şagirdin məktəbə buraxılmaması ilə bağlı AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonunun
Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru 9-cu
sinif şagirdi məktəbə buraxılmaması və onun başqa bir məktəbə
köçürülməsi məsələsinə münasibət bildirib.

BŞTİ-dən Publika.azın sorğusuna verilən
məlumatda 22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda
davranışı ilə bağlı müvafiq problemlərin müşahidə olunduğu 9-cu
sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur)
dərslərə buraxılmaması məlumatı həqiqəti əks etdirmədiyi
bildirilir.

“Həmin şagirdin valideynləri tərəfindən övladlarının başqa
məktəbə köçürülməsi ilə bağlı məktəb rəhbərliyinə heç bir müraciət
daxil olmayıb.

Qeyd edək ki, martın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilmiş 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının I
mərhələsi ilə bağlı olaraq fevralın 1-dən martın 18-dək IX siniflər
üzrə hərəkət dayandırılıb. Yerdəyişmə ilə bağlı valideyn tərəfindən
müraciət daxil olsaydı belə, bu mümkün olmayacaqdı.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin
psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində
saxlanılır. KİV nümayəndələrindən azyaşlıların mənafeyinin
qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş
olunur”.

Qeyd edək ki, bir neçə gün əvvəl adıçəkilən məktəbin 9-cu sinif
şagirdinin valideyni Nahid Orucov oğlunun məktəbə buraxılmaması ilə
bağlı mətbuata müraciət edib. Ailə iddia edir ki, məktəbə yeni
təyin edilən Azər Ələkbərov epilepsiya xəstəliyi səbəbindən uşağı
məktəbə buraxmır. Nə də onun sənədlərini ailəyə vermir.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp