Sumqayıtda bir evdən altı meyit çıxarıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından
boğulub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, Sumqayıt
şəhərində yaşayanlar – 1961-ci il təvəllüdlü Rafiq Hüseynov,
1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara
Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu
Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və
2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından
boğularaq ölüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq –
ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda)
maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)