Sergen Yalçın bu komanda ilə “Qalatasaray” matçına çıxacaq
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Türkiyə Superliqasında çıxış edən “Konyaspor” baş məşqçi
Mehmet Özdilek ilə yollarını ayırıb.
Publika.az xəbər verir ki, klub prezidenti
Ahmet Baydar onun yerini doldurmağa gecikməyib. Klub rəhbəri
verdiyi açıqlamada baş məşqçi Sergen Yalçın ilə ilkin razılaşma
əldə etdiklərini deyib.
Hər şey yolunda gedərsə, “Konyaspor” bu həftəsonu “Qalatasaray”
ilə qarşılaşmaya Sergen Yalçının rəhbərliyi altında çıxacaq.
Sergen Yalçın professional məşqçi karyerasına 2009-cu ildə
“Beşiktaş A2” komandası ilə başlayıb. Daha sonra fəaliyyətinə
hərəsində bir mövsüm olmaqla, “Qaziantepspor”, “Sivasspor”,
“Kayseripor” və “Eskişehirspor”da davam edib.
Qeyd edək ki, qovulan baş məşqçi Mehmet Özdilek Superliqanın
ikinci yarısında oynanan 7 rəsmi matçda sadəcə 1 dəfə qalibiyyət
əldə edib.
Zümrüd