“Real Təhlil İnformasiya Mərkəzi”-nə peyk yayımı üçün müddətsiz lisenziya verildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ)
növbəti iclası keçirilib.

MTRŞ-dan Publika.az-a verilən məlumata görə,
iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli
Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə
müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Real Təhlil
İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış
(xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya
verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp