Qiyamətin TARİXİ, müharibənin olmaması üçün ZƏMANƏT…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ 1996-cı ildən Quam adasında xüsusi təlim verdiyi
terrorçuları Afrinə göndərməyə başlayıb. ABŞ-ın Türkiyədəki
səfirliyinin terror xəbərdarlığından sonra Ankarada İŞİD terror
təşkilatına qarşı əməliyyat keçirilib. İsrail Rusiya ilə İran
bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri
müzakirə edir. ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin
“Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz
axtarışlarına başlayacaq. ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar
Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib.

Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları
üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye
müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir
döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı
Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların
təmiri və təkmilləşdirilməsi həyata keçirilib.
Bu,
Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında
əksini tapıb.

Sənəddə qeyd olunub ki, uzun müddət istifadədə olan, texniki
tələblərə cavab verməyən, istifadəyə yararsız silahlar, döyüş
texnikası və digər hərbi təyinatlı vasitələr istismardan çıxarılıb
və yeniləri ilə əvəzlənib. Ordunun silah arsenalının daha da
gücləndirilməsi üçün müasir silahların, qabaqcıl texniki
vasitələrin alınması istiqamətində işlər davam etdirilir.

Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət
büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı
illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin
tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun
(ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı”
hərəkatı 45-ci günündə davam edir.
Türkiyə Baş
qərargahından verilən məlumata görə, hərəkat çərçivəsində bugünədək
2668 terrorçu zərərsizləşdirilib.

Son irəliləmələrlə Cinderesin Afrinlə mərkəzi quru yolu kəsilib.
Beləliklə, Cinderes əhəmiyyətli dərəcədə birləşmiş qüvvələr
tərəfindən mühasirəyə alınıb. Hərəkatın başlnağıcından etibarən TSQ
və ASO 3-ü mərkəz olmaqla, 102 kənd, 6 yaşayış məntəqəsi və 22
strateji dağ-təpəni, biri YPG/PKK-ya aid hərbi baza olmaqla, 134
nöqtəni ələ keçirib.

Qeyd edək ki, “Zeytun budağı” hərəkatı yanvarın 20-də
başlayıb.

“Zeytun Budağı” əməliyyatı çərçivəsində Türkiyə
Silahlı Qüvvələri Suriya sərhədləri daxilində yerləşən bütün
əraziləri terrorçulardan təmizləməyə hazırdır”.

Bunu “Zeytun Budağı” hərkətanının 45-ci günü ilə bağlı çıxış
edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki,
Türkiyə Silahlı Qüvvələri (SQ) Münbiçi terrorçulardan təmizləməyə
hazırdır:

“Zeytun budağı” əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla
sərhədə qədər davam edəcək. Türkiyə Silahlı Qüvvələri bu gün
Afrindədir, sabah isə Münbiçdə olacaq. Terrorçuları bu torpaqlardan
bir-bir təmizləyəcəyik”.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun
(ASO) Suruyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı”
hərəkatında PKK/PYD/YPG terrorçularının ağır zərbələr alması ABŞ-ı
əlavə yollara əl atmağa məcbur edib.
ABŞ 1996-cı
ildən Quam adasında xüsusi təlim verdiyi terrorçuları Afrinə
göndərməyə başlayıb.

Türkiyə hərbi aviasiyasının Suriyanın Afrin
bölgəsində keçirdiyi hava hərəkatı ilə 15 gündə Suriya ordusunun 48
əsgəri öldürülüb.
Bu haqda Afrin kantonunun “müdafiə
şurası”nın sədri Behçet Ebdo “Sputnik” agentliyinə açıqlamasında
deyib.

“Afrinin müdafiəsi üçün gələn Suriya hökumət qüvvələrinə bağlı
güçlərdən ölü və yaralılar var. Türkiyənin hücumları nəticəsində
indiyə qədər Afrində 48 nəfər ölüb”, – o bildirib.

Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən
istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları
uğurla başa çatıb.
Türkiyənin Müdafiə Səneysi
Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə
göndəriləcəyi bildirilib.

Rusiya istehsalı olan “S-400”lərlə eyni prinsiplər işləyən
“Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı
tanklara birləşdiriləcək. Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin
verdiyi açıqlamaya görə, sistem tanklara qısa müddətdə
uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu anlamda dünyada ilk dəfə
müharibə zonasında istifadə edilən aktiv müdafiə sistemi
olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri
Nurəddin Canikli hərbi zavodlarda 5 km məsafədən nəzarət edilə
bilən sistem üzərində işlədiklərini açıqlamışdı.

ABŞ-ın Türkiyədəki səfirliyinin terror
xəbərdarlığından sonra Ankarada İŞİD terror təşkilatına qarşı
əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində 20
şübhəlinin saxlanılması barədə qərar verilib.

Ankara Təhlükəsizlik Müdirliyinin terrorla mübarizə şöbəsi
tərəfindən aparılan əməliyyatın gedişatında indiyə kimi 12 şübhəli
saxlanılıb. Əməliyyatlar davam edir.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də
fəaliyyətini dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə
atıldığı bildirilib.

Tehrandan İran-Türkiyə münasibətlərinin
gərginləşdirəcək növbəti bəyanat gəlib.
İranın dini
lideri ayətullah Əli Xameneinin hərbi məsləhətçisi general Yəhya
Rəhim Səfəvi Türkiyəni Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham
edib.

“Zeytin budağı” hərəkatı çərçivəsində Suriyanın Afrin bölgəsində
daxil olan türk əsgərlərini “işğalçı” adlandıran hərbi məsləhətçi
hərəkatın mümkün qədər tez dayandırılmasını gözlədiklərini
bildirib.

Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyi
Ankaradan yanvarın 20-də başlayan “Zeytun budağı” hərəkatının
dayandırılmasını tələb edib.

ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin
“Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz
axtarışlarına başlayacaq.
“Milliyyət” nəşrinin
yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə,
yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə (adanın yunan
və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın tezisi qəbul
edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri
qarşı-qarşıya gələ bilər.

İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə
yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir.
Bu
haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini
Aleksandr Ben-Svi bildirib.

Avropa və ABŞ nüvə razılaşmasının şərlərini pozub və
buna görə də Tehrana öz şərtlərini diktə etmək haqqına sahib
deyillər.
Bunu “Etemad” qəzetinə müsahibəsində İran
Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

“Hazırda iki tərəf nüvə razılaşmasının şərtlərini pozub. Bunlar
ABŞ və Avropadır. Amerikalılar bunu Vaşinqtonun siyasətinə görə,
avropalılar isə ABŞ-ın siyasətinə görə pozublar. Avropa verdiyi
sözlərə əməl etməyib”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident Tramp ABŞ-ın İranla nüvə razılaşmasından
çıxacağı barədə bir neçə dəfə bəyanat səsləndirsə də, Avropa etiraz
edirdi.

ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada
vəziyyətin destabilizasiyasına yönəlib.
Bu haqda
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey
Ryabkov bildirib.

“Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər
sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində,
onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm
də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş
aparmaqdır”, – diplomat deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-ın sanksiyaları altında Rusiya
iqtisadiyyatının əsas sahələri üzrə 422 hüquqi şəxs var.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp