Putindən Rusiya kəşfiyyatına tapşırıq: “Onların qarşısını alın!”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik
Xidmətinin (FTX) əməkdaşlarını xarici ölkələrin effektiv siyasi,
iqtisadi və müdafiə xarakterli məlumatları ələ keçirmək cəhdlərinin
qarşısını almağa çağırıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda
Rusiya lideri güc idarələrinin kollegiya iclasında bildirib.

“Siz yaxşı bilirsiniz ki, son illərdə xarici kəşfiyyatların
fəallığının artması müəyyən edilir. Onlar Rusiya üzrə ən müasir
metodlardan – agentura və texniki kəşfiyyatdan istifadə edirlər.
Yalnız ötən il ərzində xarici xüsusi xidmət orqanlarının 72 kadr
əməkdaşı və 397 agentinin fəaliyyətinin qarşısı alınıb”, – Putin
deyib.

Dövlət başçısı həmçinin, FTX qarşısında Rusiyanın informasiya
məkanın təhlükəsizliyini gücləndirmək vəzifəsini qoyub.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp