Paytaxtın ən yaxşı məktəbləri məlum oldu – SİYAHI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) paytaxt
məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı”
müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi
keçirilib.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan
Publika.az-a verilən məlumata görə, Bakının 12
rayonunu əhatə edən ümumi təhsil müəssisələri arasında Binəqədi
rayonu üzrə 283, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 171,
Nərimanov rayonu üzrə 57, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu
üzrə 195, Suraxanı rayonu üzrə 232, Xəzər rayonu üzrə 230, Nəsimi
rayonu üzrə 247, Nizami rayonu üzrə 145, Səbail rayonu üzrə 236,
Yasamal rayonu üzrə 173 nömrəli tam orta məktəblər Münsiflər heyəti
tərəfindən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri
seçiliblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqə
qaliblərini təbrik edib və bu müsabiqənin keçirilməsinin
əhəmiyyətindən danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp