Ötən il Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən il ana və uşaqların sağlamlığının qorunması üzrə
Dövlət Proqramı çərçivəsində ana və uşaqlara xidmət göstərən tibb
müəssisələrinin, xüsusiilə neonatoloji reanimasiya şöbələrinin
maddi-texniki bazası gücləndirilib, dərman preparatları və müasir
avadanlıqlarla təchizatı yaxşılaşdırılıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında
hesabatda əksini tapıb.

Bu tədbirlərin həyata keçirilməsinin nəticəsi olaraq ana və
uşaqların sağlamlıq göstəricilərində müsbət nəticələr əldə
edilib.

Körpə ölümü göstəricisi 2016-cı illə müqayisədə bir qədər
azalaraq, 11.4 promillidən 11.1 promilliyə enib. Hesabat ilində ana
ölümü halları da azalaraq 21 hadisə olub (2016-cı ildə 22
nəfər).

Uşaqların icbari dispanserizasiyası Dövlət Proqramı çərçivəsində
2017-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub.
Tibbi müayinədən keçirilən uşaqların 5.1 faizi sağlamlıq
vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, onlara
müəlicə-sağlamlaşdırıcı tədbirlər aparılıb, 1 faizi isə
ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicəyə cəlb
olunub.

Sənəddə qeyd edilib ki, şəkərli diabet üzrə tədbirlər proqramı
çərçivəsində hazırda 225 min şəkərli diabet xəstəsi dövlət hesabına
dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Diabetli
uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası
ilə təmin edilirlər. Bunun nəticəsi olaraq, şəkərli diabet
xəstəliyindən poliorqan fəsadlarının və əlliliyin faizi azalıb.

Bildirilib ki, son illərdə müstəsna əhəmiyyətli məsələ kimi qan
xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə qan
tədarükü 43 faiz artaraq 2017-ci ildə 37 tondan çox olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim
olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda
müzakirə ediləcək. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp